"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu dövlət hesabına ödəniləcək
Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcun qalan hissəsi dövlət hesabına ödəniləcək.
Bunu İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda bu vəsaitin “Azəriqaz”a ödənilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
“Bildiyiniz kimi, noyabrın 14-də “Azəristiliktəchizat”ın rəhbərliyi ilə danışıqlar aparılıb. Belə ki, bir gün sonra qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşlara istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, “Azəriqaz” tərəfindən bu quruma yaranan 34 mln. manat dəyərində borcun ödənilməsi məqsədilə bir həftə möhlət verildi. Lakin “Azəristiliktəchizat” bunun 14 mln. manatını mübahisəli predmet kimi qiymətləndirdiyinə görə bu rəqəm 20 mln. manatın üzərində olan bir məbləğdən bəhs edirdi. Bununla bağlı “Azəriqaz” İB-yə qarşı tərəfə bir həftə möhlət verdi. İşin gedişində növbəti görüşlər keçirildi və qarşı tərəfin xahişini nəzərə alaraq qərara alındı ki, bu möhlət dekabrın 15-dək uzadılsın. Bu gün artıq bu möhlət başa çatır. Hökumət məsələnin ciddiliyini nəzərə alaraq “Azəristiliktəchizat” ASC-yə borcun ödənilməsi ilə bağlı 12 mln. manat vəsait ayırdı”, - deyə E. Vəliyev qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
13 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























