Sumqayıtda şəhər stadionunun yaxınlığında binalar tikiləcək - 13 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC-nin sifarişilə Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binalar tikiləcək.
Marja.az xəbər verir ki, tikinti işlərini "MİDA" MMC-nin sifarişi ilə Hünər İnşaat Firması və "Conco" QSC şirkəti həyata keçirəcəklər.
"MİDA" Hünər İnşaat Firması ilə məbləği 6 milyon 806 min 445 manat olan müqavilə imzalayıb. Müqavilə 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisini nəzərdə tutur.
Həmçinin, "MİDA" MMC 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün "Conco" QSC ilə 6 milyon 645 min 194 manatlıq müqavilə imzalayıb. "MİDA" Hünər İnşaat Firması və "Conco" şirkətinə cəmi 13 milyon 452 min manat ödəyəcək.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçası da tikiləcək. Tikinti işləri 3 milyon 679 min 397 manat müqavilə ilə "Yar İnşaat Təmir-Tikinti" MMC-yə həvalə edilib.
Bunlardan başqa, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi üzrə əlavə işlər "Körpü Bina Tikinti" MMC-yə həvalə edilib. "MİDA" bu şirkət ilə məbləği 472 min 179 manat olan müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
11 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















