Azercell Biznes korporativ müştəriləri üçün vebinarlar təşkil edib
(®) Hər zaman korporativ müştərilərinin inkişafına yönəlik təşəbbüsləri dəstəkləyən Azercell Biznes bu istiqamətdə növbəti uğurlu layihə gerçəkləşdirib. Bu dəfə “Azercell Biznes Klubu”nun üzvlərinə iki önəmli mövzu üzrə onlayn vebinarlar keçirilib.
“Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlara 100-dən çox iştirakçı qatılıb. Onlar arasında dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, kommersiya qurumları, maliyyə təşkilatlarının təmsilçiləri də olub. Vebinarlar sürətlə dəyişən müasir işgüzar aləmdə şirkətlərin effektiv liderliyi və transformasiyasına fokuslanmışdır.
İlk vebinar - “Liderlik” təlimində uğurlu rəhbər olmaq üçün vacib amillər, effektiv liderin əsas xüsusiyyətləri, komandanın motivasiyası və inkişafına aparan addımlardan bəhs olunub. İştirakçılara həmçinin, iş qrupunu real komandaya çevirmək texnikası, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, digər əməkdaşlarla kommunikasiyanın düzgün qurulmasına dair bilgilər verilib.
“Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzusuna həsr edilmiş vebinarda isə müştəri məmnuniyyətini qazanmağın yolları barədə məlumat təqdim olunub. Müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün zəruri olan əsas davranışlar, effektiv ünsiyyətin vacib şərtləri vurğulanıb. Müştəri məmnuniyyəti sahəsində mükəmməlliyə nail olmaq, xidmət səviyyəsini yüksəltmək, müraciətlərin cavablandırılmasına dair standartlar haqqında bilgilər də iştirakçıların diqqətinə çatdırılıb.
Online vebinarlar “Azercell Akademiyası”nın aparıcı mütəxəssisi Aynur Abbasova və Akademiyanın dəvət etdiyi təlimçi, məsləhətçi və kouç Lalə Əbdürəhmanova tərəfindən təqdim edilib. Təlimçilər mövzularla əlaqəli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Uzunmüddətli uğurlu fəaliyyət tarixinə malik Azercell Biznes tərəfdaşlarının inkişafını dəstəkləyən xidmətləri təqdim edir, onlara ölkənin istənilən yerindən bizneslərini effektiv və rahat şəkildə idarə etməklə müştərilərinə yüksək xidmət göstərmək imkanı yaradır. Korporativ müştərilərinin inkişafı və rəqəmsal transformasiyasına hər zaman önəm verən Azercell Biznes bu kimi fəaliyyətini müxtəlif istiqamətlərdə davamlı olaraq həyata keçirəcək.
“Azercell Biznes” barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate.html səhifəsinə müraciət edə və ya Azercell-in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBİBLƏRİ AÇIQLANIB
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)


