
Bakıda yeni tikilən binalar yarımçıq qala bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının yeni rəhbəri tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib. Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Xalid Əhədov bir sıra kredit məhsulları ilə bərabər ipoteka kreditini də dayandırıb.
“Marja”nın məlumatına görə, bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər.
Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə, 20 il müddətinə ipoteka krediti təklif edirdi. Belə ki, mənzilin dəyəri alıcının əvəzinə Beynəlxalq Bank tərəfindən tikinti şirkətinə, mənzilin sahibi (alıcı) faizi ilə birlikdə əsas borcu aybaay Banka qaytarır. Tikinti şirkəti mənzilini satdığı gün pulunu Bankdan alırdı və həmin pullar ilə tikinti işlərinin əsas hissəsi aparılırdı.
20 illik ipoteka ilə 1 və 2 otaqlı mənzillərin aylıq ödənişi münasib olduğundan alıcı tez tapılırdı. Tikinti şirkətləri də təlabatı düzgün qiymətləndirib mənzilləri 1 və 2 otaqlı olaraq layihələndirirdilər. Mənzillərin demək olar ki, 90%-i 20 illik ipoteka ilə satılırdı. Əgər Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.
NƏ ÜÇÜN DAYANDIRILDI?
Dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad edildi. Mətbuatın yazdığına görə, Elmar Məmmədov “qara bazar”a dollar ötürdüyünə görə vəzifəsindən azad edilib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının qərarı ilə Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.
Azərbaycanda peşəkar bankirlərdən biri kimi tanınan Xalid Əhədov Beynəlxalq Bankın rəhbərliyini yenidən formalaşdırır, banka digər banklardakı peşəkarları dəvət edir, yeni sədr müavinləri və direktorlar təyin edir. Çünki Beynəlxalq Bank tezliklə sağlamlaşdırılmalıdır. Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirmişdi ki, Beynəlxalq Bank 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olacaq.
“Biz özəl və ya dövlət, yerli və ya xarici investor olmağından asılı olmayaraq sektorun 40%-nə malik olan bankın bazarda qalmasını maliyyə dayanıqlılığına çox ciddi təhdid hesab edirik”, - o demişdi.
“Marja”nın məlumatına görə, Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri sağlamlaşdırma tədbirləri ola bilər. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait “qəpik-quruş” ola bilər. “Ölü manatlar” yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.
İpoteka kreditinin dayandırılmasının digər bir səbəbi faiz dərəcəsi ola bilər. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 15%, bankların əmanət faizləri 15%-dən yuxarı olduğu bir dövrdə, Beynəlxlaq Bank 8%-lə (annuitet 4,5% civarında) ipoteka krediti ayırırdı. Təssəvvür edin, 2016-cı ilin ötən dövründə Manat dollar qarşısında 14% dəyərdən düşüb, kredit isə Beynəlxalq Banka cəmi 4,5% qazandırır.
Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. Son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəksə) xoş bir hal olmayacaqdır.
“ŞAPKA” İLƏ 20 İLLİK İPOTEKA
Əgər fikir vermisinizsə, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir. Tikinti şirkətləri bunu “alıcının bilmədiyi” səbəblər ilə əlaqələndirirdilər. Əslində nağd və ya bankla ödənişin tikinti şirkəti üçün bir fərqi olmamalıdır. Alınan mənzilin pulunu alıcının özünün və ya onun əvəzinə Əlinin, Həsənin, Beynəlxalq Bankın ödəməsinin nə fərqi var?! Tikinti şirkəti mənzili istər nağd, istərsə də 20 illik ipoteka ilə satdıqda pulunu həmin gün alır. Yuxarıda qeyd etdiyimiz kimi, alıcının əvəzinə pulu Beynəlxalq Bank ödəyir, alıcı da Banka borclu olur.
Əziz oxucular, “Marja”nın əldə etdiyi məlumaat görə mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı “şapka” olmuşdur. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən “şapka” idi. Məsələn, Siz tikinti şirkətindən 70 kvadraq metr səhəsi olan mənzili, 1 kavdarat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat “şapka” tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarlır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və “şapka”nı da faizilə Siz ödəməli olursunuz.
Ehtimal ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın “şapka” tələbini qəbul etməli idi.
İndiyədək Bankın 20 illik kreditə verilən milyonlarla manatı Bankın keçmiş rəhbərliyini maraqlandırmayıb. Onları maraqlandıran mənzil satışı zamanı alınacaq “şapka” olub. Özü də dərhal və nağd. Dövlət bankının pulu bata da bilər.
Beynəlxalq Bank bu “şapka” məsələsində də sağlamlaşmalı idi. Özəlləşdiriləcək bir bankın “şapka” ilə kredit ayırması utancdır. Yəqin ki, Xalid Əhədov bunu yaxşı başa düşüb, krediti dayandırıb.
Ümid edək ki, tezliklə ölkəmizdə manatın məzənnəsi sabitləşəcək, şərtlər yumuşalacaq və Beynəlxalq Bank da uzunmüddətli krediti bərpa edəcəkdir.
Həmçinin ümid edək ki, Beynəlxalq Bank krediti bərpa edənədək tikinti şirkətləri vəsait tapıb inşaat işlərini apara biləcəklər. Əks halda, səbirsizliklə öz mənzilinə köçməyi gözləyən ailələr daha uzun müddət gözləməli olacaqlar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 13 d. əvvəl
-
20 d. əvvəl
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib
-
-
25 d. əvvəl
Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub
- 34 d. əvvəl
-
44 d. əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
47 d. əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
1 saat əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
-
1 saat əvvəl
"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"
-
1 saat əvvəl
Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək
-
1 saat əvvəl
Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur
-
1 saat əvvəl
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib
Son Xəbərlər

Bu il 145 milyon manata yaxın ƏDV geri alınıb

Azərbaycanda 8 ayda 36 mindən çox şəxsə əlillik təyin olunub

"Kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin , nə də örüş kimi yararlı deyil"

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb

Rəsmi məzənnələr açıqlandı

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır
