"Proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir"
"Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.""2022-ci ildə DSMF-nin proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir".
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib: "Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq".
Himalay Məmişov bildirib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox - 5,152 milyard manat gəlir əldə edib.
Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur.
"O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir.
DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri isə 4,841 milyard manatdır ki, bu da illik müqayisədə 2,8% çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı isə məcburi dövlət sosial sığorta üzrə müavinətlərdir. 125 milyon manat isə digər xərclər olub", - deyə o, qeyd edib.Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox - 5,152 milyard manat gəlir əldə edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA, Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















