Daha iki "Şəbəkə" fəaliyyətə başlayıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib.
Bakının Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.
Bu barədə “Azərpoçt”un mətbuat katibi Günel Gözəlova məlumat verib. Bildirilib ki, Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.
Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək, istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir.
“Şəbəkə”nin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.
Xidmətlərin vahid məkanda cəmlənməsi, eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.
Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk “Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir.
Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






