Dövlət Sərhəd Xidmətinə rəis təyin edildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "E.İ.Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə, Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, indiyədək general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı idi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb.
Dəyişikliyə əsasən Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.
Əsasnamədən “Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılıb. Yəni Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilir. Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd Xidmətinə rəhbərlik edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)





