Daha 3 ölkəyə “Badamlı” ixrac ediləcək

Yaxın zamanlarda “Badamlı” mineral suyu Türkiyə, Özbəkistan və Ukrayna respublikalarına da ixrac ediləcək.
Marja xəbər verir ki, bu gün “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İraq, Kanada kimi yaxın və uzaq ölkələrə ixrac olunur və getdikcə öz alıcı kütləsini artırır. Beynəlxalq miqyasda məhsula artan tələbat “Badamlı”nın yaxın zamanlarda Türkiyə, Özbəkistan və Ukrayna respublikalarına ixracını da məqbul edib.
İllik istehsal gücü 150 milyon şərti butulka olan müəssisədə 2021-ci ilə qədər qazlı və qazsız olmaqla, 14 çeşiddə məhsul istehsal edilirdisə, hazırda 7 çeşid qazlı, 14 çeşid qazsız olmaqla, 21 çeşiddə müxtəlif qablaşdırmalarda normal və premium su istehsal edilir.
Ötən il Azərbaycanın ilk mineral su brendi “Badamlı” uşaqlar üçün hazırladığı yeni “BUVA” sularını da istehlakçılara təqdim edib. Azərbaycanda uşaqlara özəl ilk su markası olan “BUVA” özünəməxsus görünüşü və adı ilə qısa zamanda uşaqların ən sevimli suyuna çevirilib. 6 ədəd qablaşdırılmış şəkildə satışa təqdim olunan “BUVA” sularını xüsusi edən təkcə onun adı və dadı deyil, eyni zamanda uşaqlar rahat içsin deyə hər bağlamda 2 ədəd xüsusi başlığın hədiyyə edilməsidir.
Şirkətin adının və mövqeyinin bazarda daha dayanıqlı olması üçün müxtəlif kommunikasiya vasitə və üsullarından istifadə etməklə genişmiqyaslı addımlar atılıb. Müştərinin istək və ehtiyaclarına daha həssas yanaşaraq, su istehlakçılarının loyallığının artırılması və brendin hazırkı vəziyyətinin daha yaxşılaşdırılması istiqamətində rebrendinq edilib.
İnşa edilən yeni zavod 42,5 min kvadratmetr sahəyə malik olmaqla, burada istehsal, filtrasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya yaradıldı. Üç sudoldurma xətti yaradılan istehsal bölməsində Türkiyənin “Ektam” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılıb. Yeni sudoldurma xətlərinin idxalına İqtisadiyyat Nazirliyi tərəfindən 2 halda İnvestisiya təşviqi sənədi verilib. Əgər Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, müasir texnologiya əsasında qurulan yeni zavodda su ehtiyatından 100 faiz istifadə edilir. Yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına, digər istehsal sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına və ətraf kəndlərdə yaşayan əhalinin məşğulluğunun təmin olunmasına da imkan verir.
Zavodun laboratoriyasında suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulub. Yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında tam avtomatlaşdırılmış avadanlıqlarla, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla butulkalara doldurulan suyun keyfiyyət göstəriciləri laboratoriya analizlərindən keçirilmədən istehsala buraxılmır. Qaynağından toplanan “Badamlı” suyu Avropa standartlarına cavab verən bu laboratoriyada fiziki, kimyəvi və mikrobioloji analizlərdən keçirilərək ən təbii halı ilə süfrələrinizə gəlib çatır. İstehsal olunan məhsullar isə analiz edilib rəy verilmədən heç bir halda istehlakçıya göndərilmir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
