Topdansatış məntəqələrində unun qiymətləri açıqlandı -SİYAHI
Unun qiymətini qaldıran şirkətlərin siyahısı açıqlanıb.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatl ictimaiyyətin diqqətinə çatdırır.
Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, aşağıdakı cədvəldə qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish
Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.
Xidmətin məlumatında vurğulanıb ki, bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.
"Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər", - məlumatda deyilir.
əlaqə telefonu: (+99412)-599-76-00;
email ünvanı: [email protected].
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 10 d. əvvəl
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
49 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
2 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Ən çox oxunanlar
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti





.jpg)
.jpg)






.jpg)






