"Goldman"dan sonra "JP Morgan"dan FED-in 4 dəfə faiz artıracağını gözləyir
"JP Morgan Chase"in baş direktoru Jamie Dimon 2022-ci ildə ABŞ Mərkəzi Bankının (FED) hər biri 0,25 faiz bəndi olmaqla 4 dəfə faiz artıracağını gözləyir.
Marja xəbər verir ki, Jamie Dimon, FED-in iqtisadiyyatı ciddi şəkildə sarsıtmadan faizini artırmaq vasitəsilə inflyasiyaya nəzarət edə biləcəyini söyləyib.
İnflyasiyanın FED-in düşündüyündən də pis olacağı ehtimalının hələ də olduğunu qeyd edən Dimon, FED-in gözlənildiyindən daha çox faiz artırması lazım ola biləcəyini vurğulayıb.
"Goldman Sachs" da 2022-ci ildə FED-in 4 dəfə faiz artıracağını gözləyir.
"Goldman Sachs Group Inc."in hesabatına görə, ABŞ Mərkəzi Bankı bu il çox güman ki, faiz dərəcələrini dörd dəfə artıracaq və ən geci iyul ayına qədər balansını azaltmağa başlayacaq.
Hesabatda, ABŞ əmək bazarındakı canlanma və 14-15 dekabr tarixlərində FED iclasının protokollarında yer alan siqnallar daha sürətli normallaşmaya işarə etdiyi bildirilib.
Hesabayda, "Risklər əvvəlkindən daha erkən bir dövrə işarə etdiyi üçün, biz iyul ayına qədər balansın azaldılmasına başlanacağını gözləyirik. İnflyasiya böyük ehtimalla hədəfin çox üzərində olacaq. Faiz dərəcəsinin artırılması tarixlərinə dekabr ayını da əlavə etdik. İndi Fed-in Mart, İyun, Sentyabr və Deakbr aylarında faiz artıracağını nəzərdə tuturuq", - bildirib.
FED-in 14-15 dekabr iclasının protokollarında FED rəsmiləri artan inflyasiya və məşğulluq bazarında güclü yaxşılaşma səbəbilə gözləniləndən daha tez faiz artırılmasının mümkünlüyünü bildiriblər.
Ötən ay ABŞ-da işsizlik 4,2 faizdən 3,9 faizə düşüb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)





