Ötən il 1845 dövlət əmlakı icarəyə verilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər sahələrdə olduğu kimi, dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki. hörülən tədbirlər nəticəsində bu sahədə yüksək nəticələr əldə edilib.
İcarə müqaviləsinin sayında artım
Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci il ərzində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub.
Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
İcarədən daxilolmalar
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4% yerinə yetirilib. Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 milyon manat və ya 41,7%, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,4% çox vəsait ödənilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
39 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















