Azər Türk Bankın xalis mənfəəti 30 faiz artıb
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2022-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq, 407,3 milyon manat səviyyəsində olmuşdur.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın kredit portfelinin həcmi 226,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 35% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 15% yüksəlməklə 35,8 milyon manat, xərclər 35,2 milyon manat olmuşdur.
2021-ci ildə Bank 546 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 30% çoxdur.
Bankın məcmu kapitalının həcmi 51,2 milyon manat olmuşdur.
Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 22 %, leverec əmsalı 12% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 350,3 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 42,7 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir.
Bankın müştərilərinin sayı il ərzində 2 dəfədən çox artmaqla 200 min nəfəri keçmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























