Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın yaydığı məlumatda bildirilir ki, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentliyin fikrincə, Azərbaycanın iqtisadi və sahələr üzrə riskləri ilə bağlı qiymətləndirmə 9 səviyyəsindədir. Bu səbəbdən də qeyd olunan risklər üzrə tendensiyalar sabit olaraq qalır. Hazırda dünya üzrə bir çox dövlətlər, müəssisələr və təsərrüfat sahələri “COVID-19”un mənfi iqtisadi təsirini məhdudlaşdırmaq üçün strateji prosedurlar hazırlayır.
Hesabatda qeyd olunur ki, Kapital Bank-ın “stabil” proqnozu adekvat kapitallaşma səviyyəsinin, sabit əmanət portfelinin və yüksək likvidliyinin növbəti 12 aylıq dövr ərzində bankın kredit qabiliyyətini dəstəkləyəcəyinə dair gözləntiləri əks etdirir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
48 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























