Azərbaycanda strateji əhəmiyyətli mallarda qiymət artımının qarşısını alacaq qurum məlum olub
Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq vəzifəsi həvalə olunub. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının almalıdır.Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində əksini tapıb.
Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.
XXX
Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. sonra
-
45 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 46 d. əvvəl
-
-
53 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
59 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























