AgroTech Hackathon və AgroTech Workshop təşkil ediləcək
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Gəncədə SUP VC-nin təşkilatçılığı ilə fevralın 25-dən 27-dək AgroTech Hackathon və fevralın 25-də “AgroTech Workshop” təşkil ediləcəkdir. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq və iştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.(®) “AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulmuşdur. İştirakçılar bu əsas anlayışların kənd təsərrüfatında necə istifadə edildiyini öyrənməklə yanaşı, həm də təşkilata töhfə vermək üçün təcrübə və bacarıqlara yiyələnəcəklər
Kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil edilən Hackathon tədbiri 3 gün davam edəcəkdir. Tədbirdə tələbələr, tədqiqatçılar, dizaynerlər, sahibkarlar, şirkətlər və iş axtaranlar iştirak edə bilərlər. İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq.
"AgroTech Workshop" innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunmuş bir günlük tədbirdir. İştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.
Tədbiri maliyyələşdirilən USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradan beşillik təşəbbüsdür. PSA özəl sektorun rəqabətliliyinin artırılması və qadınlara və gənclərə xüsusi diqqət yetirməklə Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Layihə, biznesə dəstək xidmətləri göstərməklə və MKOS-ların inkişafına mane olan inzibati maneələri aradan qaldırmaqla daha təhlükəsiz və dayanıqlı Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verir.
Tədbirin icraçısı SUP VC startapların böyüməsinə və beynəlxalq bazarlara çıxmasına kömək edən intensiv akselerator proqramdır. Üç aylıq proqram ərzində startaplar öz məhsullarını qurur və qlobal mühitdə tətbiq edilən müxtəlif təcrübələri öyrənirlər və proqram Demo Günü ilə yekunlaşır. SUP VC kapitala çıxış, mentorluq, müştərilərin cəlb edilməsi və məhsulun inkişafı ilə Azərbaycan startapları üçün əsas mühit olmaq niyyətindədir. Dünya üzrə onlarla mentorluq şəbəkəsi ilə SUP VC bilik, ən yaxşı beynəlxalq təcrübə və ideal sahibkarlıq imkanı təqdim edir.
Tədbirdə aşağıda linklərdən qeydiyyatdan keçərək iştirak edə bilərsiniz:
AgroTech Workshop: https://bit.ly/3Gw5LOm
AgroTech Hackathon: https://bit.ly/3gtoLSW
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
12 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
13 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
13 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





