Azərbaycanda 5 bankın ötənilki faiz gəlirləri 100 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki faiz gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (474,18 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (436 milyon 503 min manat), “PAŞA Bank” (262 milyon 144 min manat), “Unibank” (121 milyon 259 min manat) və “Access Bank”dır (101 milyon 53 min manat).
Qalan 21 bankdan 19-da faiz gəlirləri 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
7 bankın faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin ötənilki faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.
Bunlar “Bank BTB”, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “AFB Bank”da (48,9%), ən az azalma isə “Bank BTB”də (1,7%) qeydə alınıb.
Qalan 17 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (70,2%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (2,2%) qeydə alınıb.
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
8 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
12 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 19 d. əvvəl
-
22 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
25 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
26 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 30 d. əvvəl
- 36 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı






























