“Şərq Bazarı” yenidənqurma işlərinin son mərhələsinə qədəm qoyub - FOTOLAR
“Şərq Bazarı” yenidənqurma işlərinin son mərhələsinə qədəm qoyub. Bazar sizi heyran edəcək -burada sənətkarlıq emalatxanaları, zərgərlik passajı, tekstil, delikateslər, ekzotik meyvələr ətir köşkləri yerləşəcək.
(®) Azərbaycanın memarlıq abidəsi – “Şərq Bazarı” yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açır.
Layihənin ideyası irsi memar və ziyalı Uruzmaq Revazova məxsus olub. Memar P.Yarinovski və konstruktor A.Bessonovun da müştərək səyləri ilə 1982-ci ildə Bakı memarlıq şedevrləri səmasında modernizmin yeni ulduzu - “Şərq bazarı” alovlandı. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.
Kompleks qısa müddət ərzində paytaxt sakinləri və qonaqları üçün şəhərin sevimli simvollarından birinə çevrilmiş, ölkənin tarixi abidələri siyahısına daxil edilmiş və Azərbaycan tarixində ilk olaraq Ağa Xan Beynəlxalq Memarlıq Mükafatına namizəd olmuşdur.
2018-ci ildə binanın yenidən qurulması zamanı yerli memarlar qarşısında çətin vəzifə qoyulmuşdu - bütün orijinal kompozit tikililəri qoruyub saxlamaqla yanaşı, kompleksi müasir infrastrukturla təchiz olunmuş bir festival məkanına çevirmək. Məqsəd ziyarətçilərin nəinki bazarı gəzərək, milli və şərq mətbəxinin yeməklərini dadması, həm də özünəxas yerli mədəniyyətin ağuşuna dalmaqla, xalq sənəti nümunələrinin yaradılması prosesinin şahidinə, hətta iştirakçısına çevrilə bilməsini təmin etməkdən ibarət idi.
Beləliklə, “Şərq Bazarı” ərazisində ənənəvi mis qabların, dulusçuluq və xalça məmulatlarının hazırlanması üzrə sənətkarlıq emalatxanaları, zərgərlik passajı və saysız-hesabsız tekstil, zövq oxşayan delikateslər, ekzotik meyvələr və ətir köşkləri yerləşəcək. Bütün bu şərq əzəməti öz rəngarəngliyi və özünəməxsusluğu ilə sizi heyran edəcək.
Bura hər bir qurmanın öz zövqünə uyğun təamlar dada biləcəyi, təəssürat axtarışında olanların rəngarəng tamaşaların seyrçisinə çevriləcəyi, turistlərin isə unudulmaz xatirələr toplayaraq, qucaqdolu suvenirlərlə yola düşəcəyi bir məkandır.
Kompleksin yenidən qurulması son mərhələdədir və tezliklə hər kəs Azərbaycan tarixini, mədəniyyətini və tərəqqisini nəfis və dolğun şəkildə tərənnüm etdirən “Şərq Bazarı” pavilyonlarında köhnə və müasir Bakının vəhdətinin ab-havasını öz nəfəsiylə duyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
14 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 16 d. əvvəl
-
27 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 33 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 39 d. əvvəl
-
43 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
51 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
54 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Ən çox oxunanlar

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
