Çində fevralda inflyasiya 0,9% təşkil edib
Son bir ayda ölkənin şəhərlərində qiymətlər 1%, kənd yerlərində 0,5% artıb.Çində inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) fevral ayında illik 0,9% səviyyəsində artıb. Marja xəbər verir ki, bu barədə çərşənbə günü Çin Xalq Respublikasının Dövlət Statistika Xidməti məlumat yayıb.
Açıqlanan məlumatlara görə, son bir ayda ölkənin şəhərlərində qiymətlər 1%, kənd yerlərində 0,5% artıb.
Ötən ilin fevral ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 3,9% ucuzlaşıb. Digər malların qiymətləri 2,1 faiz, istehlak mallarının qiymətləri isə 0,7 faiz bahalaşıb. Xidmət sektorunda dinamika 1,2% təşkil edib.
Hesabatdan məlum olur, iki ay ərzində deflyasiya prosesləri nəzərə alınmaqla Çində CPI indeksi çox aşağı səviyyədə qalaraq illik 0,9% təşkil edib.
Fevralda Çində mənzil kirayəsi illik müqayisədə 1,4%, nəqliyyat və telekommunikasiyada 5,5% artıb. Tibbi xidmətlərin qiymətləri 0,6% bahalaşıb. İstehlak səbətinin əsas komponentlərindən biri olan donuz ətinin dəyəri illik müqayisədə 42,5% azalıb.
Əsas ərzaq məhsullarından təzə meyvələrin qiymətində artım (6,6%) olub. Tərəvəzlərin qiyməti 0,1% ucuzlaşıb, spirtli içkilərin qiyməti isə 2% bahalaşıb.
Rəsmi statistikaya görə, 2020 və 2021-ci illərdə Çinin CPI indeksi müvafiq olaraq 2,5% və 0,9% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







