Dünyanın böyük bankları Rusiya bazarını tərk edirlər
Goldman Sachs-ın ardınca ABŞ-ın ən böyük bankı olan JPMorgan da Rusiyada fəaliyyətini dayandırır.
Marja xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Rusiya mətbuatı da yazır ki, JP Morgan Chase Rusiyadakı işini dayandırdığını açıqlayıb. İnvestisiya bankında işi dayandırmaq qərarı Ukraynadakı vəziyyətlə izah edilib. Eyni zamanda qeyd ediib ki, JP Morgan bankın müştərilərinin öhdəliklərinin tənzimlənməsi ilə bağlı əməliyyatlarla məşğul olmağa davam edəcək.
Dünən Goldman Sachs, Wall Street-in ən böyük banklarından ilki olaraq Rusiyadakı işini dayandırdığını elan edib. "Goldman Sachs tənzimləyici və lisenziya tələblərinə uyğun olaraq Rusiyadakı biznesini dayandırır", - bankın açıqlamasında deyilir.
2021-ci ilin sonunda bankın Rusiyadakı ümumi kredit portfeli 650 milyon dollar təşkil edib ki, bunun da böyük hissəsi xarici tərəfdaşlar və ya borcalanlarla əlaqəli olub.
Goldman, bəzi rus əməkdaşlarının başqa yerdə işləmək xahişlərinə cavab olaraq, Moskvadakı işçilərinin bir hissəsini artıq Dubaya köçürür.
Citigroup Rusiyadakı əməliyyatların gələcəyini qiymətləndirdiyini bildirib. Citigroup hazırda Rusiyada ABŞ bankları arasında ən böyük nümayəndəliyə malikdir - təxminən 3000 işçi. 2021-ci ilin sonuna bankın Rusiya, yerli şirkətlər və onların kontragentləri və Rusiya Bankı ilə bağlı təxminən 9,8 milyard dollar krediti və aktivi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)


