Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiyməti artırılıb
Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar.Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müşavirədə Nazirlik Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, barama istehsalı ilə məşğul olan 50-yaxın kümçü iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycanda qısa müddətdə iqtisadiyyatın daha da inkişafı məqsədilə böyük investisiya layihələri hazırlanıb və uğurla həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının əsas sahələrindən olan aqrar sektorun inkişafına dövlət dəstəyi və bununla bağlı ardıcıl tədbirlərin icrası nəticəsində kənd təsərrüfatının müxtəlif sahələrində məhsul istehsalı artmaqdadır: “Dövlətin diqqət və qayğısının nəticəsində bu sahədə məhsuldarlığın yüksəlməsi ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, təsərrüfatların gəlirlərinin çoxalmasına, fermerlərin maddi rifah halının yaxşılaşmasına gətirib çıxarıb”.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənələri və böyük potensialı var. Bu sahənin inkişaf etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Cənab Prezidentin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar”.
Nazir bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, aidiyyatı strukturların rəhbərləri, Barama Şurasının üzvləri, müxtəlif rayonlardan olan kümçülər ölkədə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili, modul kümxanaların yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, kümçüləri maraqlandırılan suallar cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Müşavirədə ötən mövsüm baramaçılıqda yüksək məhsuldarlıq əldə edən kümçülərə Fəxri Fərman və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təşəkkürnamələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
İranda dolların qiymətində yeni rekord
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
Ən çox oxunanlar
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi

















