Expressbank MasterCard ilə əməkdaşlığı daha da genişləndirir
Beynəlxalq ödəniş sistemləri ilə daha sıx əlaqələrin qurulması və müştəriləri üçün son innovativ imkanların artırılmasının marağında olan Expressbank MasterCard ödəniş sistemi ilə münasibətlərin yeni dövrünə imza atıb. Belə ki, MasterCard tərəfindən Expressbank-a Prinsipal üzvlük lisenziyası təqdim edilib.
"MasterCard tərəfindən Expressbank-a təqdim olunmuş Prinsipal üzvlük lisenziyası bankların ödəniş sistemində üzvlüyün ən yüksək kateqoriyası kimi dəyərləndirilir və bankın sabit maliyyə göstəriciləri, gəlirliyi və likvidliyinin yüksək nəticələrini, təhlükəsizlik standartlarına uyğun olmasını bir daha nümayiş etdirir. Bu lisenziya həmçinin beynəlxalq kartların emissiya edilməsi hüququnu da özündə əks etdirir və bu istiqamətdə Prinsipal üzvlüyü olmayan banklara həmin xidməti göstərmək imkanını verir". - Bankın məlumatında deyilir.
Nəzərinizə çatdıraq ki, Expressbank-ın plastik kartları MilliKart prosessinq mərkəzi tərəfindən xidmət olunur və kartların təhlükəsizliyi 3D Secure texnologiyası ilə qorunur. Bu isə internet vasitəsi ilə online ödənişlər zamanı əməliyyatları daha təhlükəsiz həyata keçirtməyə imkanını verir.
Xatırladaq ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






