15 apreldən foreksdə yeni kredit həddləri tətbiq olunacaq
Azərbaycan Respublikası qanunvericiliyində Marja Ticarəti haqqında qaydalara edilmiş 31 avqust 2021 tarixli dəyişikliyə əsasən 15 aprel 2022 tarixindən etibarən Peşəkar investor statusuna malik olmayan bütün müştəri ticarət hesablarında kredit həddi (kredit çiyni) aşağıdakı qaydalara uyğun tətbiq olunacaq:
- baza aktivi əsas valyuta cütlükləri* olan fərq müqavilələri üzrə 50:1;
- baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər olan fərq müqavilələri üzrə 20:1;
- baza aktivi əmtəə (qızıl istisna) və səhm olan fərq müqavilələri üzrə 10:1;
- baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.
* EURUSD, GBPUSD, USDJPY, AUDUSD, NZDUSD, USDCAD, USDCHF
Kredit həddi dəyişiklikləri açıq əməliyyat mövqeyinizə birbaşa təsir etdiyi üçün marja səviyyənizin dəyişməsinə səbəb olacaq.
Ticarət hesabında marja səviyyənsinin aşağı düşməməsi üçün bu tarixə kimi hesabda yetərli vəsaitin olması təmin edilməli və ya açıq mövqelərdəki həcmlərə yeni kredit hədlərinə uyğun olaraq baxış keçirilməlidir.
Ticarətinin 100:1 kredit həddi ilə təşkil olunmasını istəyən müştərilərin müvafiq qanunvericiliyin tələbi üzrə Peşəkar investor statusuna malik olmalıdır. Müştəri Peşəkar investor statusunu əldə etmək üçün aşağıdakı meyarlardan ən azı ikisinə cavab verməlidir:
-Fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmalıdır (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);
-Müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olmalıdır.
-Maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








