Rusiyanın müdafiə naziri Sergey Şoyqu haradadır?
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub.
Bu barədə müxtəlif versiyalar səsləndirilir. Bəzi analitiklər hesab edirlər ki, nazirin ortalıqdan yoxa çıxması Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olması, eləcə də bunun Prezident Vladimir Putinin komandasında yaratdığı fikir ayrılıqları və parçalanmalarla bağlıdır. Onların fikrincə, Kremllə ordu rəhbərliyi arasında fikir ayrılığı var. Digər bir versiyaya görə, sadəcə S.Şoyqunun səhhətində ciddi problemlər yaranıb, ona görə də tədbirlərdə görünmür, mətbuatın qarşısına çıxmır.
Maraqlıdır ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsinin hələ ilk günlərində bir çox politoloqlar, hərbi ekspertlər müharibədən sonra S.Şoyqunun vəzifəsindən kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Çünki ordu ümidləri doğrultmamış, ən qısa vaxtda paytaxt Kiyevə girməyi bacarmamışdı.
İddiaların daha da artdığı bir vaxtda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib.
“Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”, - o söyləyib.
D.Peskov müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: “Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.
Kreml sözçüsünün bu açıqlamanı verdiyi bir vaxtda S.Şoyqu barədə başqa bir informasiya da yayılıb. “RİA Novosti” xəbər verir ki, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb.
Lakin agentlik S.Şoyqunun iclas keçirdiyinə dair foto və video yaymayıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank və EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı
-
-
1 saat əvvəl
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
-
1 saat əvvəl
Kreml Putin-Orban telefon danışığının stenoqramının yayılmasına münasibət bildirib
-
1 saat əvvəl
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
-
1 saat əvvəl
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
1,4 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb
Ən çox oxunanlar
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Aprelin 9-da gözlənilən hava şəraiti
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
























