“Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?”
"İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyəti qurumların hesabat verməsi, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı".
Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün Feysbuk hesabında yazıb.
"Partlayış baş verən Gecə Klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub ?
1. 2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında müşavirə keçirilirdi.
Müşavirədə Fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN –in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin Azərenerji tərəfindən icra edilmədiyini bildirmişdi.
2. 2019-cu il 28 mart tarixdə Diqlas-da baş verən yanğınla bağlı Prezident yanında müşavirə keçirilirdi.
Müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi.
3. Bu gün Gecə Klubunda baş verən partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq.
Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib.
FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və partlayışın səbəblərinə hələlik rəsmi münasibət bildirməyib.
İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyatı qurumların hesabat verməsini, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı.
Düşünürəm ki, hazırda partlayışla bağlı sosial mediada tamam fərqli istiqamətdə gedən müzakirələr cəmiyyətin maraqlarına xidmət etmir", - Osman Gündüz bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
