Türkiyədə illik inflyasiya 61%-ə yüksəlib
Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb. Ölkədə illik inflyasiya (ötən ilin mart ayı ilə müqayisədə 2022-ci ilin mart ayında) 20 illik pik səviyyəsini yeniləyərək 61,14 faizə çatıb. Mart ayında ən yüksək qiymət artımı yanacaq məhsullarında baş verib.Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, il ərzində ən çox nəqliyyat xidmətləri, qida və alkoqolsuz içkilər, o cümlədən mebel və məişət ləvazimatları bahalaşıb.
2021-ci ilin mart ayı ilə müqayisədə 2022-ci ilin mart ayında Türkiyədə inflyasiya illik 61,1% təşkil edib. Marja xəbər verir ki, bu barədə bazar ertəsi TÜİK məlumat yayıb.
Fevral ayı ilə müqayisədə mart ayında inflyasiya aylıq 5,4%, ötən ilin dekabrından isə qiymətlər 22,8% artıb. 2021-ci ilin mart ayının məlumatlarını əsas götürsək, 12 ay ərzində qiymət artımı 61,1% təşkil edib.
İl ərzində ən çox nəqliyyat xidmətləri (99%), ərzaq və alkoqolsuz içkilər (70,3%), mebel və məişət əşyaları (69%) bahalaşıb.
Fevralın əvvəlində Türkiyə Statistika Təşkilatı 2022-ci ilin yanvarında ölkədə illik inflyasiya səviyyəsinin 48,69% olduğunu açıqlayıb. Bu rəqəm o zaman 2002-ci ildən bəri rekord idi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, hazırda respublikanın əsas problemi inflyasiyadır. O, yüksək faiz dərəcələrini hakimiyyət orqanlarına inflyasiyanı effektiv şəkildə azaltmağa və lirənin ucuzlaşmasını dayandırmağa mane olan ciddi problem kimi görür. Dövlət başçısı dəfələrlə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqdan imtina etdiyinə görə tənqid edib, baxmayaraq ki, bank bu rəqəmin istehlak qiymətlərinin artmasının və milli valyutanın ucuzlaşmasının əsas səbəbi olmadığını izah edib. Bu baxımdan, Mərkəzi Bank uçot dərəcəsini azaltmaqda son dərəcə istəksizdir.
XXX
Yüksək enerji və ərzaq qiymətlərilə Türkiyədə inflyasiya daha bir səviyyəni keçib.
Marja Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, mart ayında illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 61,14 faiz olub.
Marja xəbər verir ki, aylıq artım (fevral ayı ilə müqayisədə) 5,46 faiz təşkil edib.
Baza inflyasiyası mart ayında da artmağa davam edib. Baza inflyasiya 48,39 faiz olaraq qeydə alınıb.
Mart ayında illik istehsalçı qiymətləri indeksi (itehsal inflyasiyası göstəricisi) üç rəqəmli səviyyəyə çatıb. İstehsalçı inflyasiyası mart ayında 114,97 faizə yüksəlib. Aylıq istehsalçı qiymətlərində artım 9,19 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























