"Azərbaycan avrobondlarının qiyməti sabitləşib"
Azərbaycan Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə Avropanın kapital bazarına çıxardığı 10 illik istiqrazlar bir qədər əvvəl müvəqqəti ucuzlaşsa da, hazırda onların qiyməti sabitdir.
Bu barədə açıqlamasında "Kapital Menecment" investisiya şirkətinin analitiki Cəfər İbrahimli məlumat verib.
Xatırladaq ki, Azərbaycan hökuməti dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1,25 mln. avrobond (1,25 mlrd. dollarlıq) buraxıb.
“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiya edilməsi məsələsi ortaya çıxandan sonra istiqrazların alış-satış qiyməti təxminən 5 dollar düşmüşdü, onların illik gəlirliliyi isə 0,2 faiz bəndi artaraq 4,6%-ə yüksəlmişdi. Artıq vəziyyət sabitləşib. Qiymətli kağızlar 1 015 dollardan alınıb, 1 020 dollara satılır. Onların illik gəlirliliyi isə əvvəlki kimi 4,4% təşkil edir”, - deyə C.İbrahimli qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























