AccessBank qadın sahibkarlar üçün proqrama start verir
(®) Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayır.
Bankın bu təşəbbüsü mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək məqsədi daşıyır.
Proqram haqqında: Proqram bir sıra nəzəri və praktiki təlimlərdən ibarətdir və artıq biznes təcrübəsi olan, öz səhvləri və uğurları tarixinə malik, əldə etdikləri ilə məhdudlaşmaq istəməyənlər xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram öz təcrübələrini bölüşməyə hazır olan təlim iştirakçıları və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma təqdim edir.
İştirakçılar bizim proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara yeni nəzəri biliklər əldə etməklə yanaşı, praktiki olaraq əldə etdikləri bilikləri öz biznes fəaliyyətlərində tətbiq etmək imkanı verəcək. Təlim proqramı nəticəsində iştirakçılar öz bizneslərinə dair yaxın gələcəkdə və uzunmüddətli perspektivdə inkişafı üçün fəaliyyət planını qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları biznesin genişləndirilməsi və gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər. Həmçinin qadın sahibkarlar bank və onun tərəfdaşları tərəfindən xüsusi hədiyyələr qazanacaqlar.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək. Proqrama geniş təcrübəyə malik olan biznes sahibləri tərəfindən master klasslar, eləcə də bank işçilərinin əlavə maliyyə vəsaitlərinin cəlb olunması barədə tövsiyələri daxildir.
Tarixlər: Həftənin cümə və şənbə günləri baş tutacaq 6 həftəlik təlim və praktiki məşğələlər proqramına mayın 13-də start veriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Tələblər: Proqramda ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, istər fərdi sahibkar, istərsə də öz mikro, kiçik və orta biznesini idarə edən və onu genişləndirmək niyyətində olan istənilən sahibkar xanımlar iştirak edə bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün linkə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün son tarix 1 may 2022-ci ildir.
Hər hansı bir sual yaranarsa, [email protected] elektron ünvanına və ya +994(55)250-82-44 WhatsApp nömrəsinə müraciət edə bilərsiniz.
Məqsədyönlülük uğurlu insanlara xas xüsusiyyətidir. AccessBank komandası əmindir ki, bu proqramda iştirak etmək üçün müraciət edəcək hər kəs qeyd olunan xüsusiyyətə malikdir.
Sahibkarlarımıza qarşılarına qoyduqları məqsədlərinə tezliklə çatmaqlarını arzu edirik. Bizə qoşulun, sizi qarşıda altı maraqlı həftə gözləyir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
58 d. əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
2 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
3 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Ən çox oxunanlar
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar



























