Azərbaycanda 4-cü böyük bankın xalis mənfəəti kəskin artıb
Aktivlərinin həcminə görə Azərbaycanda 4-cü böyük bank olan Xalq Bank 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 7 milyon 10 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin 1-ci rübünü 4 milyon 712 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə Xalq Bankın xalis mənfəəti 2 milyon 298 min manat və ya 48,8% çox olub. Xalis mənfəətin artması əsasən qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə Xalq Bankın faiz gəlirləri 24 milyon 190 min manat ikən, 2022-ci ilin 1-ci rübündə 24 milyon 457 min manat təşkil edib. Bankı qeyri-faiz gəlirləri isə 1 milyon 399 min manatdan 5 milyon 212 min manata yüksəlib (3,7 dəfə artıb).
2022-ci ilin ilk rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 29 milyon 669 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 290 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 10 milyon 379 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 2 milyon 15 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 1 milyon 353 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2021-ci ilin ilk rübündə Xalq Bankın cəmi əməliyyat gəlirlər 25 milyon 589 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 418 min manat, əməliyyat mənfəəti 8 milyon 171 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsait 2 milyon 1 min manat, mənfəət vergisi 1 milyon 471 min manat təşkil etmişdi.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
31 Mart 2022-ci il tarixində Xalq Bank 2 milyard 387 milyon 519 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 421 milyon 882 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 2 milyard 339 milyon 392 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 406 milyon 980 min manat kredit portfelinə malik idi.
Bankın depozit portfeli isə ötən ilin sonundakı 1 milyard 543 milyon 28 min manatdan 31 Mart 2022-ci il tarixində 1 milyard 566 milyon 281 min manata çatıb.
31 Mart 2022-ci il tarixində Xalq Bank 441 milyon 176 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















