Mayda qlobal neft hasilatı artıb
Qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 585 min barrel artaraq 96 milyon 690 min barelə yüksəlib.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı mayda əvvəlki aya nisbətən gündəlik 290 min barrel artaraq 32 milyon 80 min barel olub. Hesabata görə, OPEC-in hasilatı mayda ilin ən yüksək səviyyəsini görüb. Keçən ilin eyni ayı ilə müqayisədə isə gündəlik 65 min barrel azalma göstərib.
OPEC-in xam neft xaricindəki digər istehsalı isə gündəlik 6 milyon 780 min barrel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı 38 milyon 860 min barel olub.
OPEC-in neft hasilatı ən çox İraq və İranda artıb. Mayda İranda gündəlik neft hasilatı 30 min barel artıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə gündəlik hasilat 40 min barrel geriləyərək 9 milyon 920 min barrelə enib.
Keçən ay OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə sutkada 295 min barel artaraq 57 milyon 830 min barrelə çıxıb.
Qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 585 min barel artımla 96 milyon 690 min barel olub.
IEA proqnozlarına görə, bu il OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı ötən illə müqayisədə gündəlik orta hesabla 660 min barel artaraq 58 milyon 300 min barrel olacaq. 2018-də isə tələb gündəlik 1 milyon 500 min barrel artaraq 59 milyon 700 min barelə çatacaq.
Hesabata görə, bu il qlobal neft tələbinin gündəlik 1 milyon 300 min barel artımla orta hesabla 97 milyon 840 min barrel olması gözlənir. 2018-də isə tələb 99 milyon 270 min barrelə qalxacaq. İllik tələbatın 34 milyon 800 min bareli Asiya ölkələrindən, 31 milyon 600 min bareli Amerika qitəsindən və 14 milyon 800 min bareli Avropadan olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















