“Mobil POS xidməti nağdsız ödənişlərin inkişafına müsbət töhfə verəcək” - MÜSAHİBƏ
"Artıq POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa ehtiyac yoxdur".Bir neçə gün əvvəl Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim etdi. Yeni layihə ölkədə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına müsbət təsir edəcək. Layihənin özəllikləri, üstünlükləri, tətbiqi barədə olan məqamlara aydınlıq gətirmək üçün Kapital Bank-ın KOS və korporativ bankçılıq sahəsinin lideri Heydər Süleymanovdan müsahibə aldıq.
-Heydər müəllim, yeni təqdim edilən Mobil POS xidmətinin əsas üstünlükləri nədən ibarətdir?
-Kapital Bank tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri smartfonları vasitəsilə qəbul edə biləcəklər. Əgər indiyədək nağdsız ödəniş qəbul etmək üçün POS-terminal cihazını əldə etmək və filiala gələrək digər bankdaxili prosedurları yerinə yetirmək lazım idisə, indi artıq tam onlayn formada müraciət edib, smartfonu POS-terminal cihazına çevirmək olar. “Visa Tap to phone” texnologiyası əsasında işləyən bu xidmət IBA Group beynəlxalq İT şirkəti tərəfindən hazırlanıb. Əminəm ki, Mobil POS xidməti nağdsız ödənişlərin inkişafına müsbət töhfə verəcək.
-Yeni xidmət əsasən kimlər üçün nəzərdə tutulub və Mobil POS-a qoşulmaq üçün hər hansı bir xüsusi şərtlər varmı?
-Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar – bərbərlər, dərzilər, kuryerlər, taksi sürücüləri, ayaqqabı təmiri ilə məşğul olanlar, köşk sahibləri, qida sektorunda çalışanlar, kiçik ticarət, meyvə-tərəvəz satanlar və digər şəxslər bizim əsas hədəf kütləmizdir. Bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa ehtiyac yoxdur. İlkin mərhələdə xidmətdən yararlanmaq üçün Kapital Bank müştərisi olmaq mütləqdir. Xidmətə qoşulmaq üçün Kapital Bank filiallarına gəlmədən, Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada tam olaraq pulsuz qeydiyyatdan keçmək olar. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bundan başqa Android əməliyyat sisteminə məxsus və NFC modulu dəstəkləyən smartfona sahib olmaq lazımdır.
- Mobil POS-la ödəniş etdikdən sonra alıcılara qəbz təqdim edilirmi?
Təbii ki, qəbz təqdim edilir. Bunun üçün 3 üsul mövcuddur: müştəri mobil nömrəsini və ya elektron poçt ünvanını satıcıya təqdim etməklə, həmçinin ödəniş etdikdən sonra yaradılan xüsusi QR-ı skan etməklə elektron qəbzi telefonunun yaddaşında saxlaya bilir.
-Bəs sahibkarlar bu xidmətə Müştəri Bank-dan necə qoşula bilərlər?
-Xidmətə qoşulmaq üçün Müştəri Bank mobil tətbiqindən şirkətin və istifadəçilərin müvafiq məlumatlarını qeyd etdikdən sonra, sifariş ASAN İmza vasitəsilə səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Qoşulma tamamlandıqdan sonra bu haqda səlahiyyətli şəxsə e-mail və bildiriş göndərilir.
Qeyd edim ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR vasitəsilə nağdlaşma, Kliklə ödə xidməti, onlayn kredit məhsulları sifarişi – overdraft, kredit, qarantiya, sürətli tender və s. Müştəri Bank-a qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















