Kolbasa və sosiskalar istehsal edən “Al-Sana” şirkətində çoxsaylı nöqsanlar aşkar edildi
İstehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edilib. Müəssisədə qoyun əti aşkar olunmayıb,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, “Al-Sana” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib (Qeyd edək ki, “Al-Sana” MMC "Payım" markası ilə kolbasa və sosiskalar istehsal edir - red).
Marja Agentliyə istinadən xəbər verir ki, xammalların saxlandığı soyuducu və dondurucu anbarın, dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi məlum olub. Eyni zamanda müəssisədə qoyun əti aşkar olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmayıb.
Müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib.
Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan nümünələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib. Araşdırmalar davam etdirilir.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
18 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 25 d. əvvəl
-
-
56 d. əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
2 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
3 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
