TƏBİB peyvənd göstəricilərinin sıfır olmasının səbəbini açıqlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər peyvənd göstəricilərinin sıfır olmasına münasibət bildirib.
Qurumdan sorğusuna cavab olaraq bildirilib ki, əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir.
“Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub.
Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yoluxmanın tempinin kəskin azaldılması, eyni zamanda, virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb. Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər”, - qeyd olunub.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti

























