"Xalq Bank" audit olunmuş hesabatlarını açıqladı - XALİS MƏNFƏƏTİ ARTIB
"Xalq Bank" ASC 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını və auditor rəyini dərc edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, "Xalq Bank" 2021-ci ili 27 milyon 904 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2020-ci ili 25 milyon 96 min manat xalis mənfəət ilə bağlamışdı.
"Xalq Bank"ın faiz gəlirləri 2020-ci ildə 103 milyon 302 min manat ikən, 2021-ci ildə 92 milyon 863 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 2020-ci ildə 23 milyon 301 min manat ikən, 2021-ci ildə 9 milyon 148 min manat olub. Gəlirlərin azalması ilə bərabər, ehtiyatdan azad olmuş 9 milyon 163 min manat azad olub. Eyni zamanda Bankın qeyri-faiz xərcləri azalıb. Ehtiyatdan azad olmuş məbləğin və qeyri-faiz xərclərinin azalması hesabına Xalq Bankın xalis mənfətində artım qeydə alınıb.
31 Dekabr 2021-ci il tarixində "Xalq Bank" 2 milyard 299 milyon 457 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 370 milyon 329 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 2020-ci ilin sonunda "Xalq Bank" 2 milyard 330 milyon 897 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 419 milyon 665 min manat cəmi kredit portfelinə malik idi.
31 dekabr 2021-ci il tarixində "Xalq Bank"ın işçilərinin sayı 772 nəfər təşkil edib (2020-ci ilin sonunda 753 nəfər).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
29 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 31 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)






