Azərbaycana islam maliyyəsi cəlb ediləcək

Maliyyə sektoru tərəfindən investisiyaların cəlb edilməsinə və xüsusilə də qiymətli kağızlar bazarının inkişafı istiqamətində işlərin uğurla davam etdirilməsinə ehtiyac yaranmışdır.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsində deyilir.
Yol xəritəsində bildirilir ki, hazırda bazarda valyuta derivativlərinə (fyuçers, forvard, svop və opsionlar) tələbat yüksəkdir. Bu tələbatın qarşılanmaması və kommersiya sektoru tərəfindən sözügedən alətlərdən istifadə edilmə imkanının olmaması sahibkarlar üçün qeyri-müəyyənliklə yanaşı əlavə risklər də yaradır. Xarici valyuta derivativləri bazarının inkişafı Azərbaycanda xarici sərmayənin cəlbi üçün imkan yarada bilər.
Yarımçıq qalmış infrastruktur layihələrinin davam etdirilməsi və qeyri-neft iqtisadiyyatı üçün beynəlxalq inkişaf bankları ilə əməkdaşlıq və dövlət-özəl sektor tərəfdaşlığı xüsusi əhəmiyyətə malikdir. İndiki şəraitdə beynəlxalq investorların cəlbi üçün problemli aktivlərin satılması bazarının formalaşdırılması və beynəlxalq aktivləri idarəetmə şirkətlərinin Azərbaycana cəlb edilməsi zəruridir. Bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə, aktivləri idarəetmə şirkətinin yaradılmasının hüquqi bazasının formalaşdırılmasına baxıla bilər.
Maliyyə bazarlarının inkişafı və xarici sərmayələrin cəlbi məqsədilə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin surətləndirilməsi və səhmlərin ilkin kütləvi təklifinə (İPO emissiyasına) start verilməsi xüsusi önəm daşıyır. Bu tədbir dövlət mülkiyyətində olan problemli aktivlərin sağlamlaşdırılması baxımından da əhəmiyyətlidir.
Azərbaycanda islam maliyyəsinin inkişafı da xarici investisiyaların (xüsusən Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur. Ölkədə artıma və iqtisadi inkişafa dəstək üçün xarici investisiyalarin cəlb edilməsində onların iştirakı dəyərləndiriləcəkdir.
Ölkənin investisiya mövqeyinə və cəlbediciliyinə beynəlxalq və regional iqtisadi təşkilatlara üzvlük faktorları da təsir göstərir. Məsələn, investorlar ÜTT-yə üzvlüyü həmin ölkədə mülkiyyət və investor hüquqlarının qorunması və ölkənin ÜTT qarşısında öhdəliyinin olması səbəbindən stabil və pronozlaşdırıla bilən ticarət və investisiya mühitinin mövcudluğu kimi qəbul edirlər və həmin ölkəyə daha çox investisiya qoyurlar. Azərbaycanda investorların hüquqlarını qorumaq məqsədilə optimal hüquqi bazanın müəyyən edilməsi üçün təhlillər həyata keçiriləcəkdir. İnvestisiya məhsuldarlığı sistemlərini nəzərə almaqla, yerli və qlobal ekspertlərlə işin təşviq edilməsi üçün tələb olunan əlavə resursların ayrılması prosedurları həyata keçirilə və birbaşa xarici investisiya üzrə potensial imkanları genişləndirmək məqsədilə görülmüş geniş investisiya tədbirləri daha da təşviq edilə bilər.
İNVESTORLARIN CƏLBİ ÜÇÜN 3 STİMUL
Potensial stimulların formatı 3 əsas sahədə qruplaşdırılmaqla geniş diapazonu əhatə edir: Tənzimləyici stimullar xarici investorlara yerli şirkətlər üçün də mövcud olan əmlak üzərində mülkiyyət hüququ verilməsi, valyuta nəzarəti məhdudiyyətinin və ya kapital tələblərinin azaldılması, əcnəbi işçilərin işə qəbulu kimi bərabər fayda və təminatları əhatə edə bilər. Maliyyə stimulları yığım və vergidən azadolma üzrə xərcləri, elmi-tədqiqat kreditlərini, kapitala vergi güzəştlərini, rüsumlardan güzəştləri nəzərdə tutur. Vergi güzəştləri isə müəyyən müddətə və müəyyən şərtlər əsasında gəlirlərdən bütün tutulmaları, korporativ və yerli vergiləri 102 əhatə edir. İqtisadi inkişafı təmin etmək üçün Azərbaycanda bu alətlər artıq tətbiq edilir. Gələcək illərdə stimullar davamlı olaraq yenidən nəzərdən keçiriləcək və yenilənəcəkdir
Strateji Yol Xəritəsilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
30 d. əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
5 saat əvvəl
“Azertexnolayn”ın məhsulları dünyanın 25 ölkəsinə ixrac olunur – FOTOLAR, VİDEO
Son Xəbərlər

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ
