“Star” neft emalı zavodunun mükafatı Mikayıl Cabbarova təqdim olunub
SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, mükafata görə təşəkkürünü bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib.
Müşahidə Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.
SOCAR-ın milli şirkət olaraq strategiyasında sosial məsuliyyətə də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse” şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq doğurduğunu vurğulayıb.
Müşahidə Şurasının sədri bildirib ki, SOCAR qlobal enerji şirkəti kimi, “Yaşıl enerji”yə keçid və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək. Mikayıl Cabbarov gələcəkdə SOCAR-ın “Global Lighthouse” şəbəkəsinin yüksək standartlarını əldə edən daha çox müəssisəsinin olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, “Star” neft emalı zavodu “Global Lighthouse” şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə alınmaqla daxil edilib.
Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan “Petkim” də daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)






