Qlobal bazarlar ABŞ-ın məşğulluq məlumatlarını gözləyir
May ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun 325 min artdığı, işsizlik nisbətinin 3,5%-ə düşdüyü proqnozlaşdırılır. Apreldə ABŞ-da kənd təsərrüfatı xaric məşğuluq 428 min artmış, işsizlik nisbəti 3,6% təşkil etmişdi.ABŞ-da özəl sektorun məşğulluq məlumatları proqnozdan aşağı açıqlandıqdan sonra qlobal bazarlar diqqətini kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş məlumatlarına fokuslanıb.
Marja.az xəbər verir ki, Fed-in sərt pul siyasəti bəyanatlarına baxmayaraq, birjalar həftənin son ticarət günündə toparlanmağa çalışır.
Yaponiya və Cənubi Koreyada səhmlər mülayim yüksəliş göstərib. Honq-Konq və Çin bazarları isə bu gün bağlıdır.
Cümə axşamı ABŞ səhmləri texnoloji şirkətlərin dəstəyilə nəzərəçarpacaq bir bərpa yaşayıb.
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi iki əsas bənd artaraq 2,92% təşkil edib. Bloomberg Dollar İndeksi 1,225 səviyyəsində sabitdir.
Dünyanın gözü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatlarındadır. ADP özəl sektor məyusedici məşğulluq məlumatlarından sonra may ayında ABŞ iqtisadiyyatında 325 min qeyri-kənd təsərrüfatı iş yerinin yaradıldığı təxmin edilir. İşsizliyin 3,6 faizdən 3,5 faizə enəcəyi gözlənilir.
ABŞ Mərkəzi Bankının (Fed) iyun və İyul aylarında hər birində 0,50 bənd olmaqla faiz artıracağı, sentyabr ayında isə faiz artırmağa fasilə verə biləcəyi qeyd olunub.
Sonra FED-in sədr müavini Lael Brainard, faizin artırılmasını dayandırmaq üçün heç bir səbəb görmədiyini söyləyib. İyun və iyul aylarında 0,50 bənd artımın lazımlı olduğunu qeyd edən Brainard bunları söyləyib:
"2 faizlik inflyasiya hədəfimizə çatmaq üçün çox işimiz var”.
Fed may ayında faiz dərəcəsini 0,50 bənd artırıb.
Atlanta Fed-in prezidenti Raphael Bostic, əldə edilən məlumatlara görə, faiz artımlarının sentyabr ayında dayandırıla biləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























