Medvedev, Qərbi dünyada ərzaq qiymətlərini aşağı salmaq üçün sanksiyaları ləğv etməyə çağırıb
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Moskvaya qarşı ərzaq böhranı yaratmaqda ittihamları yalan adlandırıb."Qərbin Rusiyaya qarşı qlobal ərzaq böhranı yaratmaqda ittihamları yalandır, qiymətləri aşağı salmaq üçün sanksiyalar aradan qaldırılmalıdır".
Marja xəbər verir ki. bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib və dünyada ərzaqla bağlı vəziyyətin bir neçə il əvvəl pisləşməyə başladığını vurğulayıb.
“Ümumilikdə dünyada ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, ərzaqla bağlı vəziyyəti optimallaşdırmaq üçün biz qarşılıqlı sanksiyalardan imtina etməliyik, o zaman ərzaq qiymətləri aşağı düşəcək”, - Medvedev bildirib.
Rusiya Federasiyasına ərzaq böhranı yaratmaqda ittihamlar barədə suala Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini belə cavab verib: “Bu, yalandır”.
Siyasətçinin fikrincə, “planetdə ərzaqla bağlı vəziyyət, yəqin ki, beş-yeddi il əvvəl pisləşməyə başlayıb”.
"Bu, müxtəlif səbəblərlə bağlıdır - məhsul çatışmazlığı, quraqlıq, iqlim dəyişikliyi, ayrı-ayrı dövlətlərin qəbul etdiyi qərarlar", - Medvedev bildirib.
Təhlükəsizlik Şurası rəhbərinin müavini qeyd edib ki, Rusiya ixrac üçün taxıl tədarük etməyə hazırdır, lakin ona sanksiyalar tətbiq edilməməlidir.
Onun sözlərinə görə, hazırda dünyada ərzaq vəziyyəti pisləşib, lakin bu, “Qərb dünyasının tətbiq etdiyi sanksiyalarla” bağlıdır.
"Amma deyirlər: "Buyurun, tədarük edin". Eyni zamanda, bizim gəmilərə xidmət göstərilmir, ticarət gəmilərimizi, əmlakımızı ələ keçirməyə çalışırlar", - deyə Təhlükəsizlik Şurasının sədr müavini izah edib.
Medvedevin sözlərinə görə, son illər iqtisadiyyatda baş verən dəyişikliklər nəticəsində Rusiya dünyada ən böyük taxıl tədarükçüsünə çevrilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)






.jpg)







