Qazaxıstan buğdaya ixrac kvotalarını uzatmağı planlaşdırır
Qazaxıstan iyunun 15-də başa çatacaq buğda və buğda ununun ixrac kvotası müddətini sentyabrın 1-dək uzatmağı planlaşdırır.Qazaxıstan buğda və unun ixrac kvotasını sentyabrın 1-dək uzatmağı düşünür.
Marja.az xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeyev, “İyunun 15-dək qüvvədə olan mövcud kvotalar uzadılacaq. Hazırda məsələni müzakirə edirik və kvotalar çox güman ki, sentyabrın 1-dək uzadılacaq”,- deyib.
Karaşukeyev daha əvvəl qlobal buğda qiymətlərinin artdığı bir vaxtda verdiyi açıqlamada ölkədə çörəyin bahalaşmasını gözləmədiklərini bildirib. Hazırda Qazaxıstan yerli treyderlərə 1 milyon ton buğda və 300 min ton buğda unu ixrac etməyə icazə verir.
FAO-nun 2020-ci il məlumatlarına görə Qazaxıstan dünyada doqquzuncu ən böyük buğda və ikinci ən böyük buğda unu ixracatçısıdır.
Rusiyanın işğalından sonra dünyanın 5-ci ən böyük ixracatçısı olan Ukraynanın limanlarının bağlanması ilə ölkədə 20 milyon ton buğda qalıb və qlobal ərzaq böhranı riski yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























