Brilyant qiymətləri artır
"De Beers" şirkəti ABŞ-ın Rusiyanın "Alrosa" şirkətinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra kiçik brilyantların qiymətlərini artırıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, "De Beers" bu həftə qiymətləri 5-7% qaldırıb. "Alrosa" şirkətinə təbiq edilən sanksiyalara görə məhsullarını bazara çıxarması qabiliyyəti qeyri-müəyyən olaraq qaldığından, sənayedə çatışmazlıq var və qiymətlər artır. Mənbələrin bildirdiyinə görə, qiymət artımından sonra da məhsula tələbat yüksək olaraq qalır.
Aprelin 8-də ABŞ Maliyyə Nazirliyi “Alrosa” qrupuna qarşı sanksiyalar tətbiq edib və amerikalılara onunla mayın 7-dək, onun “Alrosa USA” bölməsi ilə isə iyunun 7-dək əməliyyatları başa çatdırmaq üçün son tarix qoyub. “The Economic Times” xəbər verir ki, məhdudiyyətlər Rusiyadan xammalın tədarükündə fasilələr səbəbindən Hindistanın Surat, Sauraştra və Bhavnaqar (Qucarat) şəhərlərində almazların kəsilməsi və cilalanması müəssisələrinin işinin azalmasına səbəb olub.
"Alrosa" dünyanın üç ən böyük almaz hasilatı şirkətindən biridir. Onun dünya istehsal həcmində payı 25%-dir. Digər 6% "Alrosa"nın 41% payı olduğu Anqolanın "Catoca" şirkətinin payına düşür. Rusiyada şirkət Saxa Respublikasında (Yakutiya) və Arxangelsk vilayətində mədənləri istismar edir.
"De Beers" zərgərlik məhsullarının (nişan və toy üzükləri, brilyant sırğaları və digər dəbdəbəli zinət əşyaları) istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























