Rusiya ilə işləyən şirkətlər seçim etməli olacaqlar
ABŞ qanunvericilərindən ibarət ikipartiyalı qrup çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına Rusiya hökuməti ilə iş görən şirkətlərin ABŞ-ın dövlət qurumları ilə müqavilə bağlamalarını qadağan edən qanun layihəsi təqdim edəcək.
Marja xəbər verir ki, bu barədə sənədin mətnini əldə edən "Washington Examiner" məlumat yayıb.
"Əgər siz Rusiya hökumətilə iş görürsünüzsə, onda siz artıq ABŞ hökuməti ilə iş görə bilməzsiniz. Seçim vaxtıdır. Bu şirkətlər seçim etməli olacaqlar”, – təşəbbüsün müəlliflərindən biri olan respublikaçı konqresmen Mayk Vals nəşri bildirib.
"Bu, əslində Rusiyada bizneslə məşğul olan bütün şirkətlərə bir siqnaldır. Əgər siz Rusiya hökuməti ilə iş görürsünüzsə, o zaman sizə ABŞ ilə iş görmək icazəsi verilməməlidir və olmayacaq", - o, vurğulayıb.
Qeyd olunur ki, qanun layihəsində bir sıra istisnalar nəzərdə tutulub. Xüsusilə, humanitar yardımın göstərilməsi ilə bağlı vəziyyətlərə şamil edilmir. O, həmçinin “Birləşmiş Ştatların milli maraqları üçün zəruri olan” əməliyyatları istisna edir.
Eyni zamanda, Ağ Ev müstəqil şəkildə analoji qadağanı qəbul edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















