Qlobal bazarlar Avropa Mərkəzi Bankının toplantısına fokuslanıb - NƏLƏR GÖZLƏNİLİR?
Avropa Mərkəzi Bankının bugünkü iclasında aktiv (qiymətli kağızlar) alışını dayandırması və iyul ayı üçün faiz artımracağına işarə edəcəyi gözlənilir.Qlobal bazarlar Avropa Mərkəzi Bankının (AMB, ECB) toplantısına fokuslanıb.
Marja.az xəbər verir ki, Bankın faiz dərəcələrini dəyişməsi gözlənilməsə də, trilyonlarla avronun xalis aktiv alışının bitdiyini elan edəcəyi gözlənilir.
Bank faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaq. Saat 16:30-da isə AMB sədri Kristin Laqardın mətbuat konfransı başlayacaq.
İyul ayında ECB-nin faiz artıracağı barədə siqnal verəcəyi də gözlənilir. Faiz artımının nə qədər davam edəcəyi ilə bağlı müzakirələr davam edir. Mətbuat konfransında sədr Kristin Laqardın bu məsələ ilə bağlı açıqlamaları yaxından izləniləcək.
Bankın İdarə Heyətinin üzvləri arasında 0,25 və ya 0,50 bənd artımla bağlı müzakirələr davam edir.
ECB bu iclasda yeni iqtisadi proqnozlarını da açıqlayacaq. Bu il üçün 5,1 faiz olan inflyasiya proqnozuna yuxarıya doğru yenidən baxılacağı gözlənilir. May ayında Avro zonasında inflyasiya 8,1 faiz təşkil edib ki, bu da bankın hədəfindən 4 dəfə yüksək olub.
Bu il üçün 3,7 faizlik iqtsadi artım proqnozuna da aşağıya doğru yenidən baxılacağı gözlənilir.
Bu həftə OECD Avrozonada artım proqnozunu 2,6 faizə endirib.
Qeyd edək ki, hazırda AMB-nin əsas faizi 0,00%, depozit hesabı faizi -0,50%, marjinal borc dərəcəsi 0.25%-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















