10 milyard manatı "yeyib-içdik"
Bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq mallar alıb.2022-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 milyard manatlıq, o cümlədən 10,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artmışdır. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
2022-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2022-ci ilin yanvar-may aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 faiz, bazar və yarmarkalarda 6,9 faiz artmış, fərdi sahibkarlar üzrə isə 1,6 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq, o cümlədən 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,0 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























