Rusiya Mərkəzi Bankı faizini məzənnə böhranından əvvəlki səviyyəyə qaytardı
Ruiya Mərkəzi Bankının İdarə Heyətinin planlaşdırılmış iclasında əsas faiz dərəcəsini illik 9,5%-ə endirib. Fevral ayının sonunda fövqəladə artımdan sonra faiz dərəcəsi yenidən məzənnə böhranından əvvəlki səviyyələrə qayıdıb. Tənzimləyici inflyasiya proqnozunu da kəskin yaxşılaşdırıbRusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-dən 9,5%-ə endirib.
Marja xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu, monetar siyasətin ardıcıl dördüncü yumşaldılmasıdır. Fevralın sonunda faizin rekord həddə - 20%-ə yüksəlməsindən sonra Rusiya Bankı dərəcəsini artıq üç dəfə aşağı salmışdı. İndi Mərkəzi Bankın uçot dərəcəsi böhrandan əvvəlki səviyyəyə qayıdıb. Fevral artımından əvvəl uçot dərəcəsi 9,5% idi.
Faizin endirilməsinin səbəbi qiymət artımının (inflyasiyanın) əhəmiyyətli dərəcədə yavaşlaması olub.
“İnflyasiya Rusiya Bankının aprel proqnozundan xeyli aşağı inkişaf edir. Son məlumatlar may və iyunun əvvəllərində istehlak qiymətlərinin aşağı cari artım templərini göstərir”, - Mərkəzi Bank qeyd edir.
Rosstat-ın məlumatlarına əsasən, mayın 28-dən iyunun 3-dək olan həftədə Rusiyada bir ayda ikinci dəfə deflyasiya qeydə alınıb - qiymətlər 0,01% azalıb. Bundan əvvəl deflyasiya - mayın 14-dən mayın 20-nə kimi olan həftədə qiymətlərin 0,02% ucuzlaşdığı müşahidə edilib. Mayın 26-da bu məlumatların dərcindən sonra Mərkəzi Bank əsas uçot dərəcəsini 14%-dən 11%-ə endirmişdi.
Mərkəzi Bank inflyasiya proqnozunu da yeniləyib: Tənzimləyicinin proqnozuna görə, inflyasiya 2022-ci ildə 14-17%-ə, 2023-cü ildə 5-7%-ə, 2024-cü ildə isə 4%-ə qayıdacaq. Son vaxtlara qədər tənzimləyici 2022-ci ildə qiymətlərin 18-23% artacağına inanırdı.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























