Milli Marketinq Forumu yekunlaşdı!
Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə Milli marketinq Forumunun ikinci günü uğurla başa çatıb.
Tədbir Azərbaycan Dövlət Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Milli Marketinq Forumunun təşkilati komanda üzvü Elvin Cabay və Facemark MMC-nin direktoru Ayşən Allahverənova açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.
Tədbirin ikinci günü “Ziddiyyətlərin debatı”, “Strateji kommunikasiya”, “Riteyl, satış və Ticari marketinq” və “Rəqəmsal Marketinq” panellərinə həsr olunub.
“Ziddiyyətlərin debatı” paneli DJ Fatehin moderatorluğu ilə “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımovun müzakirələri əsasında keçirilib. Panel zamanı iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
“Strateji kommunikasiya” paneli “Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu, “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə baş tutub.
Paneldən sonra Future Bright Group şirkətinin təsisçisi Akan Abdula solo çıxışını təqdim edib. Çıxış zamanı “Davranış Deyiştirme Yöntemleri” haqqında məlumat verilib.
“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutub. Paneldə “Veysəloğlu” MMC-nin CRM direktoru Fuad Məmmədov, “Army Group”un İdarə Heyətinin üzvü Kamal Mirzəyev və Azərsun Holdinqin Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış ediblər. Panel zamanı effektiv satış strategiyaları, satış və marketinq arasında olan əlaqələrdən bəhs olunub.
Sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunmuşdur. Panelin moderatorluğunu “ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərov edib. Spiker qismində isə “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Panel zamanı rəqəmsal marketinqin müasir dünyada əhəmiyyəti vurğulanıb.
Tədbirdə rəsmi hissə hədiyyələrin təqdimolunma mərasimi ilə yekunlaşıb.
Tədbirin sonunda forum iştirakçıları üçün party təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























