"Bu il bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsi ilə aparılıb"
"Cari ildə aparılan bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsi ilə aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur".
Bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Zakir Nuriyev deyib.
Z.Nuriyevin sözlərinə görə, hazırda onlayn ödənişlərin həcmi kəskin artıb:
"Əgər pandemiyadan əvvəl bütöv il ərzində elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin sadəcə ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan öməliyyatların sayca 75 %-i, həcm baxımında 40 %-i nağdsız hesablaşamların payına düşür".
Zakir Nuriyev deyi ki, 2022-ci ilin aprel ayında bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb.
Onun sözlərinə görə, bank kartlarının sayı da artıb: "Həmçinin həmin ayın sonuna olan məlumata görə, bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 % artaraq 11,9 milyona çatıb".
Assosiasiya rəsmisi qeyd edib ki, nağdsız ödənişlərin genişlənməsinə səbəb ölkədə bu sahədə hüquqi çərçivənin də genişlənməsi olub: "Həmçinin məsafədən bank hesablarının açılmasına şəraitin yaraıdlması da buna misaldır".
Z.Nuriyev əlavə edib ki, yeni texnologiyalardan istifadə və rəqəmsallaşma bank sektorunda rəqabətin artmasına və təhlüksəizlik tədbirlərinin gücləndirilməsinə şərait yaradır.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
2 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
2 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
3 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu





















