"Biz istəyirdik "Aztelekom"u yerli sahibkarlar özəlləşdirsin"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC-nin özəlləşdirilməsində yerli investorların iştirakına üstünlük verilməsi məqsədəuyğun hesab edilməlidir.
Bunu AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov rabitə və informasiya texnologiyaları naziri olan dövrdə (2004-2015-ci illərdə) bu telekommunikasiya provayderinin bazarda inhisarçılıq mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, "Aztelekom" bazarın tənzimlənilməsinə məsul olan dövlət qurumunun tabeliyindədir və rabitə xidmətlərinin verilməsində bazarda digər oyunçularla müqayisədə müəyyən imtiyazlara malikdir:
"Bizim dövrdə bu problemi biz həll edə bilmədik. İnanıram ki, nazirliyin indiki rəhbərliyi bu problemi tezliklə həll edəcək və ümumiyyətlə telekommunikasiya və informasiya texnologiyaları bazarında əsl ədalətli rəqabət mühiti yaradacaqdır.
Hələ o vaxt bizə cənab Prezidentin tapşırığı o idi ki, İKT bazarında normal rəqabəti təmin edən mühit yaradılsın. Onun üçün özəlləşmələr həyata keçirilməli idi.
Bilirsiniz, bir məqamı da nəzərə almaq lazımdır ki, böyük dövlət müəssisələrinin, o cümlədən də "Aztelekom"un özəlləşdirilməsi nəticəsində çoxsaylı işçilərin ixtisarı da gözlənilə bilərdi. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Biz bilirik ki, dövlətimizin siyasətinin, şəxsən Prezidentimizin bir nömrəli tələbi vətəndaşların hüquqlarının qorunması və sosial müdafiəsinin təminatıdır. Xahiş edirəm məni başa düşəsiniz ki, bu sual da bizi çox ehtiyatlı olmağa məcbur edirdi.
Lakin bu sual "Aztelekom"un nümunəsində hələ də açıq qalır".
Ə. Abbasov hesab edir ki, “Aztelekom” elə bir təşkilatdır ki, onun özəlləşməsi elan olunan kimi xaricilər də müraciət edə bilərdi: "Amma biz istəyirdik onu əsasən yerli sahibkarlar özəlləşdirsin və o vaxt da dövlət operatorunu almaq iqtidarında olan yerli investor yox idi. Əgər özəlləşmə olsaydı xaricilər alacaqdı, rabitə strateji sahə olduğu üçün onun yerli investorlar tərəfindən özəlləşdirilməsinə üstünlük verilməsi məqsədəuyğun hesab edilir. Baxın, bizə əsas mane olan da investisiya imkanlarına malik yerli sərmayədarların olmaması idi”.
Sabiq nazir xatırladıb ki, “Aztelekom”un almaq istəyən yerli şirkətlər də olub:
"Bəzi yerli şirkətlər istəyirdi alsın. Amma investisiya üçün bank kreditləri almaq niyyətində idi. Bəzən də güzəştli bank kreditlərini ya ala bilmir, ya da ondan lazımi qaydada istifadə edə bilmirdilər. Ancaq "Aztelekom" dövlət şirkətidir və rabitə ölkənin strateji və milli təhlükəsizlik atributlarından biri kimi qəbul olunub və bu baxımdan müstəqilliyimizin ilk dövründə özəlləşməyə çıxarılmayıb, necə ki, məsələn enerji obyektləri kimi. Yəni "Aztelekom"un inhisarlığı, dövlət inhisarlığıdır. Amma bazar iqtisadiyyatının ölkədə inkişafı dərinləşdikcə özəlləşmə prosesi də reallaşmağa başlayır.
Mobil sektorun inkişafı göstərdi ki, rabitənin özəl sektorda olması daha səmərəli və etibarlı ola bilər. İnanıram ki, dövlətə məxsus rabitə operatorları da, o cümlədən "Aztelekom" tədricən özəlləşdiriləcək".
Ə. Abbasov “Aztelekom”un 7 il əvvəlki dəyərini də açıqlayıb: “O vaxt onun illik dövriyyəsi təxminən 130 milyon ABŞ dolları idi. Onun bazar qiyməti isə təxminən 500 milyon ABŞ dolları olaraq qiymətləndirilmişdir. Heç o vaxt həmin şirkəti o qiymətə alan da yox idi. Əgər yerli şirkət onu alsa idi ona böyük güzəştlər olacaqdı. Təxminən 20 il müddətində o dəyəri ödəmə imkanı da qazana bilərdilər”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)
.jpg)









.jpg)




