"Bizə toyuqları idxal etməyə imkan vermədilər, bazarda öz məhsullarının qiymətlərini qaldırdılar"
"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli öz niyyətinə çatıb. Artıq ucuz Belarus toyuqları bazardan sıxışdırıb çıxarılıb, yerli broylerlər qiymətləri artırıblar".
Bunu Marja-ya açıqlamasında Belarusdan toyuq ətinin idxalı ilə məşğul olan “AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov bildirib.
"Bəli, Mürvət Həsənli öz niyyətinə çatdı, bazarda qiymətləri qaldırdı. "AFM" şirkəti toyuğu 2,80 manata satırdı, bu da Mürvət Həsənlinin sədri olduğu Assosiasiyanın üzvü olan fabriklərin satışlarına mənfi təsir edirdi. Bizə Belarus toyuqlarını idxal etməyə imkan vermədilər, bazarda toyuq ətinin kiloqramını 4,85 manata qaldırdılar. 2,80 manat hara, 4,85 manat hara. Arada 2,05 manat fərq var", - iş adamı deyib.
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Belarusdan idxal olunan toyuqların yumurtadan kəsilmiş, qoca, 2-ci sort bu toyuqların Azərbaycanda ucuz qiymətə "kənd toyuğu" adı ilə satılmasının istehlakçıların aldadılması faktı olduğunu iddia edib. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə Belarus toyuqlarının satışını dayandırıb və geri çağrılması barədə qərar qəbul edib.
Qeyd edək ki, marketlərdə yerli fabriklərin toyuq ətləri bahalaşıb. Məsələn,"Siyəzən Broyler"in “KənDad” toyuq məhsulunun qiyməti artıb. Əgər İyunun 19-da bu məhsulun 1 kiloqramı 4,85 manatdan təklif olunurdusa, 22 İyunda qiyməti 5,89 manat təşkil edib (qiyməti 1 manat 4 qəpik və ya 21,4% artıb).
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Marja-ya bildirdi ki, toyuq əti qiymətlərinin artmasının səbəbi qarğıdalının, buğdanın, soyanın və yemlərin bahalaşması ilə əlaqədardır:
"Qarğıdalının 1 tonunun qiyməti 3 ay əvvəl qiyməti 420 manat idi, hazırda isə 780 manata yüksəlib. Soyanın qiyməti 1600 manata yüksəlib, 3 ay əvvəl 1100 manat idi. Buğdanın qiyməti 600 manata çatıb. Yemin 1 kiloqramının qiyməti 92 qəpikdən 1,40 manatadək qalxıb."
Mürvət Həsənli əlavə etdi ki, Assosiasiya ətlik istiqamətli toyuqların ölkəyə idxalına etiraz etmir: "Biz çıxdaş, yumurtadan kəsilmiş, yaşlı, xəstə, 2-ci sort toyuqların Azərbaycana gətirilməsinə etiraz etmişik.Azərbaycan əhalisi belə toyuqları istehlak etməməlidir. Belarusdan ətlik istiqamətli quş ətlərinin gətirilməsinə etiraz etmirik."
Həmçinin oxu
“Siyəzən Broyler”in “KənDad” məhsuluna etiraz!Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
8 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











