"Nazirlər Kabineti selin vurduğu ziyanla bağlı qiymətləndirmə aparacaq"
Ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə yağan güclü yağışlar nəticəsində qəsəbəyə sel suları gəlib, Gorançayda suyun səviyyəsi həddindən artıq qalxıb.
Bunu açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov deyib.
Onun sözlərinə görə, sel bir neçə fərdi yaşayış evinə ziyan vurub, eyni zamanda, küçələrə, qaz və elektrik xətlərinə ziyan dəyib.
İcra başçısının müavini bildirib ki, hazırda evlərə elektrik enerjisi verilsə də, qaz xətlərində problemlər var, Qaz istismar İdarəsinin qəza xidməti ərazidə çalışır və yaxın saatlarda bu məsələ həllini tapacaq.
Əraziyə ezam olunduqlarını diqqətə çatdıran Rafət Qurbanov vurğulayıb ki, qərargah yaradılıb, qərargaha Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, eyni zamanda, FHN-in Aran Regional Mərkəzinin xilasediciləri, şəxsi heyəti selin fəsadlarını aradan qaldırır.
Rafət Qurbanov qeyd edib ki, hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir: “Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacaq, qəsəbəyə nümayəndə heyəti dəvət olunacaq”.
İcra başçısının müavini xatırladıb ki, bu qəsəbə 2002-ci ildə inşa olunub: “Qəsəbənin inşası zamanı bəzi hallarda yerli şərait, relyef nəzərə alınmayıb. Əvvəllər sel kanalları olan ərazidə binalar inşa olunub. Yəqin ki, yaxın vaxtda bununla bağlı məsələ qaldırılacaq və bu ərazilərdə yenidən sel kanalları bərpa olunacaq”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)







