Saxta investisiya layihələri ilə bağlı xəbərdarlıq!
Son zamanlarda vətəndaşlara qarşı həyata keçirilən “fişinq” hücumlarında intensivləşmə müşahidə olunur.
Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, araşdırma göstərir ki, bu növ hücumların həyata keçirilməsində əsas məqsəd vətəndaşların fərdi məlumat və maliyyə vəsaitlərini ələ keçirməkdir. Kiberdələduzlar istifadəçilərin etimadını qazanmaq və onları “tələ”yə salmaq üçün müxtəlif dövlət qurumlarının, tanınmış bankların, eləcə də media qurumlarının adından istifadə etməklə saxta kampaniyalar həyata keçirir.
Geniş yayılmış hücum ssenarisinin birində ARDNŞ-nin (SOCAR) investisiya layihəsi həyata keçirdiyi qeyd olunur və layihədə iştirak üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatların təqdim edilməsi istənilir. Həmin məlumatları təqdim edən və uydurma kampaniyada iştirak edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.
Kiberdələduzlar inandırıcılığı artırmaq üçün yerli media qurumlarının adına saxta saytlar yaradır və bu kampaniyalar barədə xəbərlər paylaşırlar. Həmçinin daha çox vətəndaşın cəlb edilməsi üçün reklam çarxları hazırlanaraq sosial şəbəkələr üzərindən yayılır. Qeyd edək ki, bənzər saxta kampaniya “AzerGold” ASC adından istifadə edilməklə də həyata keçirilir.
Bu növ kiberhücumlardan qorunmaq üçün vətəndaşları maksimum diqqətli olmağa, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlamağa çağırırıq. Hər hansı qurum adından bu kimi investisiya layihələri, o cümlədən hədiyyə, pulsuz bonus və mükafat təklif edən kampaniyalar keçirildiyinə dair məlumat aldıqda, keçidlərə daxil olmadan, fərdi məlumatlarını təqdim etmədən öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu kimi hücumların qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir.
Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
14 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 35 d. əvvəl
- 51 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır




















