Asiyadakı mərkəzi banklar öz valyutalarının ucuzlaşmasının qarşısını almaq üçün ehtiyatları "əridirlər"
İllərdir valyuta ehtiyatları formalaşdıran Asiyanın mərkəzi bankları öz valyutalarının dollar qarşısında ucuzlaşmasını cilovlamaq üçün ehtiyatları "əridirlər".
Marja xəbər verir ki, keçən həftə açıqlanan məlumatlara görə, Taylandın valyuta ehtiyatları 17 iyun tarixinə qədər azalaraq 221,4 milyard dollar olub. Bu, son 2 ildən çox müddətdə ən aşağı səviyyədir.
İndoneziyada aylıq açıqlanan rəqəmlər göstərir ki, ehtiyatlar 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyədədir.
Cənubi Koreya və Hindistanda ehtiyatlar bir ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb, Malayziyada isə 2015-ci ildən bəri ən böyük azalma qeydə alınıb.
1997-ci ildə Asiya böhranından dərs alan mərkəzi banklar kəskin dalğalanmalar zamanı valyutalarını dəstəkləmək üçün dollar yığmağa başlamışdılar.
Bu il ABŞ Mərkəzi Bankının (FED) sürətlə faiz artırması ilə vəziyyət əksinə çevrilib. Tailand və İndoneziya öz valyutalarında volatilliyi azaltmağı öhdələrinə götürüblər. Filippin Mərkəzi Bankı pesonun dəyərinin bazarda formalaşmasına imkan verir, yalnız volatillik dövrlərində müdaxilə edir.
Regional valyutalar bir çox illərin ən aşağı səviyyələrindədir. Bazar ertəsi Filippin pesosu 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, Hindistan rupisi isə ötən həftə rekord həddə ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















